667eab5d20bc3202406242357
Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi" - FOTO

Bir neçə gün əvvəl 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyev tərəfindən qətlə yetirilən Tural Kosayevin sevgilisi sosial şəbəkələrdə müxtəlif paylaşımlar edib.

Qlobal.net modern.az-a istinadla xəbər verir ki, o, "Instagram" səhifəsindəki paylaşımda bunları yazıb:

"Bilirəm, Turalın ölümünün səbəbkarı mən oldum. Amma İsmayıl əl çəkmirdi. Mənə atdığı səslər var. Məni şantaj edirdi. Mən də Turalla görüşdüm. Tural məni qorumaq üçün onunla söhbət edirdi. Sonra silah səsi eşitdim. Mən çox ağır travmadayam. Bilib-bilmədən danışmayın. Tural, səni çox sevirəm".

Qeyd edək ki, qətl hadisəsi iyunun 26-da Bakının Nərimanov rayonunda gecə saatlarında törədilib. Hadisənin qıza görə olduğu bildirilir.

28.06.2024 16:21
show 1314