Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir? – FOTO

Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.  

Əldə etdiyimiz məlumata görə, qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.

Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

6544079d89e996544079d89e9a16989572136544079d89e956544079d89e97 Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir? - FOTO
6544079da7d476544079da7d4816989572136544079da7d456544079da7d46 Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir? - FOTO

Related Articles

Bir cavab yazın

Back to top button