02.10.2021
13:13
166

Bakıda qeyri-adi soyğunçuluq: Ər və arvadı suya atdılar - VİDEO

Loading...

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Xəzər TV xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində, Xəzər dənizinin sahilində baş verib.

Dəniz kənarında istirahət edən ər və arvada yaxınlaşan üç nəfər qadının çantasını ələ keçirmək üçün qəfil qərar veriblər ki, həmin şəxsləri dənizə atıb soyğunçuluq niyyətlərini həyata keçirsinlər. Elə bu məqsədlə də 35 yaşlı Nibə Əkbərovanı suya atıb çantasını və mobil telefonunu götürüblər. Amma onun ərini suya ata bilməyiblər. Zərərçəkmiş kişi yeniyetmələrin arxasınca qaçsa da, onları tuta bilməyib.

Zərərçəkmiş Nibə Əkbərova sudan çıxan kimi 30-cu polis şöbəsinə şikayət edib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən üç yeniyetmə saxlanıb. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı 30-cu polis şöbəsində toplanan materiala baxılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.


Loading...