64a4e81da2b78202307234845
Bakıda qeyri-adi OĞURLUQ: Zərərçəkən təşəkkür etdi - FOTO

Bakıda maşından qeyri-adi oğurluq olub.

Qlobal.net xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Hadisə Günəşli qəsəbəsində baş verib. Naməlum şəxs "VAZ-21014" markalı avtomobilin səsucaldıcılarını oğurlayıb. Bu zaman isə oğru maşının arxa şüşəsini səliqəli şəkildə çıxararaq yerə qoyub. Daha sonra öz əməlinə davam edib.

Sosial şəbəkədə paylaşılan məlumatda avtomobil sahibinin oğruya şüşəni sındırmadığı üçün "təşəkkür etdiyi" qeyd olunub.

05.07.2023 07:50
show 595