667eb3f76a8ea202406240039
Bakıda qətlə yetirilən Turalın sevgilisi onunla VİDEOsunu paylaşdı

Bir neçə gün əvvəl 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyev tərəfindən qətlə yetirilən Tural Kosayevin sevgilisinin sosial şəbəkə hesabında etdiyi paylaşım diqqət çəkib.

Qlobal.net xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, o, "İnstagram" səhifəsində Turalla fotolarının olduğu video paylaşıb.

Bundan əlavə o, "story" bölməsində qətlə yetirilən Turalın fotosunu paylaşaraq "mən kimi sevdimsə, məndən ona zərər gəldi. Tural səni çox sevirdim", - deyə yazıb.

Qeyd edək ki, qətl hadisəsi iyunun 26-da Bakının Nərimanov rayonunda gecə saatlarında törədilib. Hadisənin qıza görə olduğu bildirilir.

28.06.2024 16:59
show 1380