654b835fc9ce2202311234727
Bakıda qadın ərinə sevgilisinin olduğunu dedi – Qardaşı onu…

Bu ilin 19 yanvar tarixində Bakının Sabunçu rayonu Yefim Saratov küçəsində 1989-cu il təvəllüdlü Yazgül Qədimovanın (ad və soyad şərtidir) bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı qadını bıçaqlayan qardaşı Yusif Məmmədov (şərti) Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Y.Qədimovanın rəsmi şəkildə ailəli və 3 uşaq anası olması, hadisə törədilərkən hamilə olması bildirilib.

Belə ki, qeyd edilib ki, Y.Qədimovanın həyat yoldaşı Rusiyada işləyib. Hadisənin baş verməsindən bir neçə gün əvvəl həmin şəxs Rusiyadan Bakıya gəlib və arvadının telefonuna baxarkən onun başqa şəxslə sevgi münasibətində olduğunu öyrənib.

Y.Qədimova ərinə sevgilisinin olduğunu etiraf edib. O, ərinin evə baxmadığını, uzun müddət başqa ölkədə yaşadığını əsas gətirərək, başqa şəxslə münasibət qurduğunu deyib.

Bundan sonra qadının əri qayınatasını çağıraraq qızlarını aparmasını deyib. Y.Qədimova Sabunçudakı ata evinə aparıldıqdan sonra əri onun qardaşına telefondakı yazışmaları və sair göstərib. Bundan sonra Yusif Qədimov evə gələrək, bacısı ilə dalaşıb və ona bıçaqla ağır xəsarətlər yetirib.

08.11.2023 16:47
show 3646