29.09.2021
23:23
112

Bakıda peyda olan seksual manyak GÖRÜN KİM İMİŞ - Azyaşlı oğlanlarla ŞOK ƏMƏLLƏR...

Loading...

2019-2020-ci illərdə Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan oğlanlara qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ədalət Səfərov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bəzi məzamlar üzə çıxıb.

Bəlli olub ki, N.Kərimov qəsəbədəki qəbiristanlığın yaxınlığındakı ağaclıq sahədə əncir toplayan oğlanla cinsi əlaqədə olmaq məqsədilə onu döyüb və yaxınlıqdakı vaqona apararaq çirkin niyyətini həyata keçirib. Bundan sonra isə o, qonşuluqda yaşayan azyaşlı oğlanın öz xalası oğlu ilə cinsi əlaqədə olmasını öyrənərək onu hədələməyə başlayıb. Ədalət həmin uşağa onunla cinsi əlaqədə olmayacağı təqdirdə əldə etdiyi məlumatları hamıya deyəcəyini söyləyib. Bu yolla qonşuluqda yaşayan azyaşlını yaşadığı evə gətirən şəxs onunla da qeyri-təbii yolla cinsi əlaqədə olub və digər seksual xarakterli hərəkətlər edib.

O da məlum olub ki, təqsirləndirilən şəxs telefonla bir qadını da hədələyib və özünü ona polis kimi təqdim edib. Həmin qadınla tanış olmaq istəyən Ədalət əks təqdirdə onun övladını öldürəcəyini deyib.

Məhkəmə Ədalət Səfərovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Loading...