Bakıda ölüm hökmləri necə icra olunurdu? 50 qram araq, sol qulağın dibi – Sabiq rəis sirləri açır

Ölüm hökmü hər zaman sirli, danışılan bir qərar olub. Azərbaycanda 30 ilə yaxındır ləğv olunan bu qərar bir zamanlar dəhşətlə icra olunurdu.
Bəs, Azərbaycanda ölüm hökmünə məhkum olunan insanlar necə öldürülülrdülər? Hansı üsulla? Onlar harada saxlanırdılar? Azərbaycanda barəsində ölüm hökmü çıxarılan cinayətkarlar Bayıl təcridxanasının 5-ci korpusunda güllələnirdilər. 1923-93-cu illər ərzində yüzlərlə Azərbaycan vətəndaşının yolu «ölüm kamerası»ndan keçib. Orada sonuncu güllə səsləri 1993-cu ilin fevralında eşidilib. O zaman qüvvədə olan təlimata əsasən, Bayıl həbsxanasına gətirilən güllələnəcək cinayətkarlara öncə əfv edilmələri barədə müraciət yazmaq təklif olunurdu. Əfvlə bağlı ərizə yazılandan sonra Respublika Prokurorluğuna göndərilməli idi. Prokurorluq da öz növbəsində həmin müraciəti əvvəlcə respublikanın Ali Sovetinə, sonra isə SSRİ Ali Sovetinə göndərməli idi. Müraciətə baxılana qədər məhbus «Bayıl»dakı 5-ci korpusda qalmalı idi. Bütün SSRİ məkanında barələrində ölüm hökmü çıxarılan məhkumlar adətən təkadamlıq kameralarda saxlanılırdılar.
Onlara yaxınları ilə görüşə, habelə gəzintiyə çıxarılmırdılar. Yalnız sutkada bir dəfə ayaqyoluna aparıla bilərdilər. Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov Modern.az-a bildirib ki, güllələnmə qərarı icra olunmazdan əvvəl birinci növbədə məhkumun bağışlanma ərizəsini yazmaq hüququ var idi. “Məhbus özü savadsız olanda həbsxana rəsinin onun adından məktub yazmaq hüququ vardı. Ərizə yazılmadığı təqdirdə isə güllələnmə həyata keçirilmirdi, çünki, bu məhkumun hüququ idi. Əfv ərizəsini yazmaqda məqsəd güllənmə hökmünün 20 illə əvəzlənməsi üçün idi. Əgər müsbət cavab gəlirdisə, məhkum güllələnmədən azad olurdu və ən yaxşı halda 20 il cəza çəkirdi”. Keçmiş rəis deyir ki, SSRİ Ali Sovetinə göndəriləm ərizəyə mənfi cavab gəldikdən sonra hökm icra olunurdu. Əfvə mübət cavab verildiyi təqdirdə isə məhkumun cəzası 20 illə əvəz olunurdu.
Davamı videoda:



