6448fe0cd8e54202304233348

Tanınmış gülləşçinin şok cinayəti: Gəzdiyi qadının evinə girdi, ərini...

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Qlobal.net Trend-ə istinadən bildirir ki, hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Elman Muxtarov bildirib ki, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib: "Mən zərərçəkmişə sadəcə bir şillə vurmuşam". 

Daha sonra iş üzrə yeganə şahid olan zərərçəkmişin arvadı Günay Əliyeva dindirilib. O, təqsirləndirilən şəxsin xeyrinə ifadə verib: "Ərimlə yaşamağıma səbəb uşaqlarımı əlimdən alması qorxusu olub. Bu səbəbdən evdən çıxmırdım. Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi kimi izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram". 

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib. 

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da zərərçəkmişin oğlunu yaşadığı binanın qarşısında izləyib. 

İttiham aktına görə, evə basqın edən idmançı zərərçəkmişə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib. 

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib. 

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

26.04.2023 14:45
show 11003