Bakıda olay: 38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... – ŞOK TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Laləyə (adlar şərti verilib – red.) təcavüz edib.
Qlobal.net xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məmməd 8
dekabr 2022-ci ildə “Tik Tok” sosial şəbəkəsində tanış olduğu Xəzər
rayonu, Binə qəsəbəsində yaşayan Lalə ilə gəzintiyə çıxacaqlarını,
evlənmək üçün qeydiyyat şöbəsinə gedəcəklərini vəd edib.
Məmməd
Laləni aldadaraq, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən
“Laçın” adlı orta məktəbin yaxınlığında onunla görüşüb. Lalə görüş
zamanı Məmmədi ilk dəfə görərək yaşca çox böyük olmasını bildikdə
ağlayıb və onunla getməkdən imtina edib.
O, qızın evə
qayıtmasına imkan verməyib. Zorla onu şəxsiyyəti istintaqa məlum olmayan
taksi sürücüsünün idarə etdiyi avtomobilə əyləşdirib. Qızı kirayədə
yaşadığı evə gətirib.
Məmməd avtomobildə olarkən
Lalənin şəxsiyyət vəsiqəsinə baxaraq, onun yetkinlik yaşına çatmadığını
bilib. Həmdə onun kəmağıllı olmasını bilməsinə baxmayaraq ona qarşı
seksual xarakterli hərəkətlər etməkdən çəkinməyib.
Bir
müddət Laləni yaşadığı evdə saxlayıb, onu olduğu yer barədə
valideynlərinə və ya kiməsə xəbər verəcəyi təqdirdə fiziki zor tətbiq
edəcəyi ilə hədələyib. O, Lalə ilə onun iradəsi əleyhinə dəfələrlə cinsi
əlaqəyə girərək təkrarən zorlayıb.
Daha sonra Lalənin
mobil telefonla verdiyi məlumatdan sonra polis əməkdaşları tərəfindən
onun saxlanıldığı yer müəyyən edilib və o, azad edilib.
İstintaq
orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 144.3
(yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olmaqla adam oğurluğu törətmək), 149.2.3 (təqsirkar şəxs üçün
aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) və 149.2.5
(təkrar zorlama) maddələri ilə ittiham elan edilib.
Cinayət
işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş
Lalə ilə “Tik-tok” sosial şəbəkəsində yazışmaqla tanış olub: “Daha
sonra bir-birimizə mobil nömrələrimizi verdik, vatsap vasitəsi ilə əlaqə
saxladıq. Lalə tanış olduğumuz ilk vaxtlarda 24 yaşı olduğunu və
mənimlə ailə qurmaq istədiyini bildirdi. Əlaqə saxlayaraq onu
qaçırmağımı təklif etdi. Mən də bu təkliflə razılaşdım”.
Təqsirləndirilən
şəxs qeyd edib ki, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən
“Laçın” adlı orta məktəbin yaxınlığında Laləylə görüşüb: “Laləni taksi ilə yaşadığım mənzilə apardım. Onu heç nəyə məcbur etmədim, zorla qaçırmadım. Qaçırmağımı o özü təklif etdi.
Evimə gəlmək üçün bütün əşyalarını o özü toplayıb,
çanta ilə evimə gəlib. Mənim başqa niyyətim olmayıb. Yalnız ailə qurmaq
məqsədilə Laləni mənzilimə gətirmişəm. Onun yetkinlik yaşına çatmadığını
bilməmişəm. Çünki məni aldadaraq 24 yaşı olduğunu bildirib. Yalnız öz
evimə gətirdikdən sonra şəxsiyyət vəsiqəsini görmüşəm və yetkinlik
yaşına çatmadığını anlamışam”.
Məmməd deyib ki, daha sonra
Lalənin evinə geri qaytarmaq istəyib: “Lakin o, evə qayıtmaq istəmədi.
Ailəsi ilə telefon əlaqəsi saxlayan zaman anası da qızını geri
qaytarmamağı xahiş etdi. Anası evində bizim üçün şərait yaradacağını,
evləndikdən sonra onların evində yaşamaımızı təklif etdi.
Lalə
təxminən 3 gün evimdə qaldı. Bu müddət ərzində Lalayə toxunmamışam,
onunla cinsi əlaqədə olmamışam. Həmin vaxt bütün bədənimdə, o cümlədən
cinsiyyət orqanında çiban çıxıb və cinsi əlaqədə olmaq iqtidarında
olmamışam”.
İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, 15 yaşı var, orta məktəbdə oxumur: “Məmmədlə
“Tik-Tok” sosial şəbəkəsində yazışmaqla tanış olmuşam. Sonra mənə mobil
nömrəsini, mən də ona öz mobil nömrəmi verdim. Bundan sonra telefonla
əlaqə saxladıq. Məmməd telefonda məni gəzməyə aparacağını dedi. Gəzmək
adı ilə məni öz evinə apardı. Ondan məni öz evimizə qaytarmasını xahiş
etdim. Lakin razılaşmadı. Məni hədələyərək bıçaq göstərdi. Üç gün
Məmmədlə birlikdə qaldım. O mənə evlənəcəyimizi demədi.
Məmmədin
ailə üzvlərindən heç kimi tanımamışam. Onun evində olduğum müddət
ərzində mənə dərman verdi. Həmin dərmanın nə üçün olduğunu bilməmişəm.
Dərman məni yatızdırdı. Məmməddən mənə toxunmamağı xahiş etdim”.
Zərərçəkmiş
daha sonra deyib: “Qaçqınlar məktəbinin qabağına Məmmədlə görüşməyə mən
özüm tək getdim. Məmməd məni anamın yanına getməyə qoymadı, məni
maşınla başqa yerə apardı. Lakin hara apardığını demədi. Onda hara
getdiyimizi soruşmadım.
Mən yalnız “Tik-Tok” sosial şəbəkəsindən istifadə etmişəm. Profil öz adıma olub, profilə öz şəklimi yox, uşaq şəkli qoymuşam.
Şəxsiyyət
vəsiqəmi həmin gün Məmmədə göstərdim. O da mənim yetkinlik yaşına
çatmadığımı bildi. Məmməd anamın polisə şikayəti nəticəsində tutuldu.
Mən Məmmədin evindən çıxa bilməmişdim”.
Bu cinayət işinə Bakı
Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 13 il
müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.