döydü
Bakıda oğul atasını döyərək öldürdü - ŞOK CİNAYƏT

Bakıda oğul atasını döyərək öldürüb. 

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini İbrahim İbrahimov xəsarətlə xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polisin apardığı araşdırmalarla məlum olub ki, İ.İbrahimovu oğlu döyüb.

Belə ki, onun oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov aldığı xəsarətlərdən yanvarın 12-də xəstəxanada ölüb.

Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

13.01.2023 13:36
show 1107