Bakıda əri tanınmış müğənninin başını kəsib, küçəyə atdı - TƏFƏRRÜAT (FOTO)
Bakının
Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut
Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə
məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, cinayət
əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il
təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim
olub, o, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
"Report”un əldə etdiyi məlumata görə, qətlə yetirilən Yaqut
Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar”
yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi
tanınır.
Yaqut Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar
Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və
bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. Anar Həşimov Yaqut Nərimanın
başını kəsərək küçəyə atıb. Anar Həşimov daha sonra polisə gedərək
könüllü təslim olub.