Xəbər verdiyimiz kimi, Bakıda vəzifəli şəxsin meyiti tapılıb.
Qlobal.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, S.Zöhrablının atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.
***
Bakıda obyektdən vəzifəli şəxsin meyiti tapılıb.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablının icarəyə götürdüyü obyektdən meyiti aşkarlanıb.
Məlumata görə, S.Zöhrablı "Atasığorta" şirkətində departament direktorudur.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.