Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.
Qlobal.net FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.