toyda

Bakıda məşhur məmurun qızı Əməkdar artisti toyunda oxumağa qoymadı - FOTO

Əməkdar artist Babək Niftəliyev Bakıda müğənni kimi dəvət aldığı toylardan birində başına gələn ilginc hadisədən danışıb.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, sənətçi adını açıqlamadığı məşhur və çox zəngin bir məmurun qızının toyuna dəvət aldığını bildirib. Lakin Babək axşam saat 11-ə kimi ona oxumaq üçün sözün verilmədiyini bildirib. B.Niftəliyev qeyd edib ki, yalnız o saatdan sonra həmin məmur ona yaxınlaşaraq cibinə 2 min manat pul qoyub və oxumayacağını bildirib.

Xanəndə səbəbini soruşanda "Qızım (toyu olan gəlin - red.) istəmir"  cavabını aldığını qeyd edib. 

Babək bildirib ki, həmin toyda ölkənin ən populyar sənətçiləri səhnə alıblar, amma ona oxumaq üçün vaxt verilməyib.

Babək 3 gün, 3 gecə keçirdiyi toyundan danışdı

16.02.2025 09:59
show 2731