65f2b2b502b4f202403241757
Bakıda məktəbli qızdan ağlasığmaz hərəkət - Dərsdən qaçmaq üçün...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır. 

İdarədən Qlobal.net-ə bildirilib ki, məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

14.03.2024 12:16
show 1265