Bakıda yeniyetmə dəm qazından ölüb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon sakini 14 yaşlı Əbülfəz Xitari yaşadığı evdə qazdan boğularaq ölüb.
O, Səbail rayon 162 saylı orta məktəbin 8-ci sinfində oxuyurmuş.
Hadisə ilə bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.