photo_38371592
Bakıda məktəb yandı- müəllim və şagirdlər təxliyə edildi

Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BiG.AZ-a verilən məlumata görə, yanğın məktəbin ikinci mərtbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.


Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


BiG.Az

07.01.2022 13:58
437