Bakıda lift dəhşəti – Ölümə aparan ehtiras, sement kisəsindən hazırlanan yataq….

2009-cu il iyunun 23-ü… Səhər saat 7… Bakıda isti bir yay günü olacaq…
İnsanlar çimərliyə hazırlaşır… Bakının düz mərkəzində Bülbül prospektindəki binaların birinin həyətindən gənc və baxımlı bir qadının meyiti aşkarlanır. Qısa müddət sonra bəlli olur ki, meyit elə həmin binada Bülbül prospektdəki 40 saylı evdə yaşayan 1980-ci il təvəllüdlü İnara Əlinin meyitir. Meyitin üzərində zorakılıq əlamətləri var. Və iz itirilmək üçün kimsə, çox güman ki, onu öldürdükdən sonra binadan aşağı atıb. Anasının sözlərinə görə İnara həmin axşam saat 19 radələrində evdən çıxıb və geri qayıtmayıb. Həmin gecə İnarə Əli ilə birlikdə olan şahid Fəxri Yolçuyev bildirib ki, İnara Əlini uşaqlıqdan tanıyır, onunla eyni məktəbdə oxuyublar. Fəxri sonuncu dəfə onu iyulun 22-də, yəni həmin gecə görüb. Həmin axşam İnara rəfiqəsi Xəyalə Hüseyn, tanışları Elnur, Vüqar və Günel ilə birlikdə “Həyat Park” otelinin restoranında olublar. Gecə saat 12 radələrində İnara rəfiqəsi Aynurla oradan ayrılacağını və evə gedəcəyini bildirib. Fəxri Yolçuyev evdə olarkən İnara ona zəng edib. Danışıq zamanı o, liftdən gələn səslər və az sonra qışqırıq səsləri eşidib. Dərhal İnaranın nömrəsini bir neçə dəfə yığsa da, əvvəlcə təxminən bir dəqiqə zəng çatmayıb, daha sonra isə zənglərə cavab verən olmayıb. Fəxri nəsə baş verdiyindən şübhələnərək Elnura zəng edib və baş verənləri ona olduğu kimi danışıb. Bundan sonra İnaranın yaşadığı evə getməyi qərarlaşdırıblar. Liftə yaxınlaşanda onun 16-cı mərtəbədə dayandığını görüblər. Həmin mərtəbəyə qalxanda sağ tərəfdə içərisində ağ rəngli torbalar olan bir yer və arxasındakı qapının qıfılının üstündən zəncirlə bağlandığını müşahidə ediblər. Blokda İnaranı səsləsələr də, onların səsinə cavab verən olmayıb. Daha sonra 9-cu mərtəbəyə enərək onun yaşadığı mənzilin qapısını döyüblər, lakin qapını açan olmayıb. Elnur Əliyev İnaranın rəfiqəsi Xəyaləyə zəng edərək vəziyyəti başa salıb. Bir müddət sonra Xəyalə də ora gəlib. Birlikdə qapını döyəndə İnaranın anası Ofeliya Əkbərova qapını açıb. Az əvvəl qorxduğundan qapını açmadığını deyib. Səhər saat 5 radələrində polis bölməsinə məlumat verdikdən sonra polis əməkdaşları ilə birlikdə yenidən binaya qayıdaraq İnaranı axtarıblar. Lakin bu da nəticə verməyib. Evlərinə qayıtdıqdan sonra səhər saat səkkiz radələrində Ofeliya Əkbərova Fəxri Yolçuyevə zəng edərək, İnaranın meyitinin binanın qarşısında aşkar edildiyini xəbər verib.
Ətraflı TV11-in videomaterialında:



