photo_33986105
Bakıda “Land Rover”lə “KamAZ” toqquşdu: Ölən var

Bakıda “Land Rover” və “KamAZ” toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 6-sı saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Vahid Eyvazovun idarə etdiyi “Land Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

07.06.2022 11:47
217