67e01782ab528202503251530

Bakıda itkin düşən rəfiqələr görün kimdir - FOTO (YENİLƏNDİ)

Martın 17-də itkin düşmüş üç rəfiqədən biri tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.

***

Bakıda martın 17-də evdən çıxan və bir daha geri qayıtmayan üç yeniyetmə qızın kimliyi məlum olub.

Qlobal.net xəbər verir ki, bunlar Dadaşova Mədinə Kamil qızı, Hüseynzadə İnci Araz qızı və Xudaverdiyeva Ofeliyadır.

Rəfiqə olan qızlar naməlum istiqamətə gediblər.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Hazırda onların axtarışları davam edir. (Teleqraf)

23.03.2025 18:00
show 1060