Bakıda it öz sahibini parçalayaraq öldürüb.
Qlobal.net lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Ə.Y saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə Ə.Y biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.