təcili
Bakıda iki rəfiqə bıçaq davasına çıxdı - Xəsarət alanlar var

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

Qlobal.net APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

10.07.2024 08:26
show 260