660cc9e6ae9a8202404241550
Bakıda həyətində quyu qazan kişi faciəvi şəkildə öldü - FOTOLAR

Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən partlayış baş verib.

1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu mərkəzi kanalizasiya sistemi olmadığı həyatyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

******

Hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu yeraltı su kanalizasiya xəttində iş görən zaman ordan keçən qaz borusunda sızma olub.

Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır. (apa)


03.04.2024 07:12
show 364