Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin baş zabiti, mayor Namiq Orucov qəfil vəfat edib.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, hərbçi şənbə günü ürəktutmadan dünyasını dəyişib.
Bildirilib ki, həmin gün N.Orucov şəhidlərlə bağlı tədbirdə iştirak edib. Bir neçə saat sonra o, ürəktutmadan vəfat edib.