Bakıda 37 yaşlı qadın qətlə yetirilib.
Qlobal.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Gözəllik salonunda işləyən Aygün Yusifova öldürülüb.
Yaxınlıqda yaşayanlar deyirlər ki, qətlə yetirilən qadın gözəllik salonunda dırnaq ustası kimi çalışırmış. Onun 2 övladı olduğu bildirilir.
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.