zorlama
25.11.2022
12:53
103

Bakıda gənc qız kirayə qaldığı evdə zorlandı


Bakıda zorlanma hadisəsi baş verib.

Qlobal.net Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan 18 yaşlı A. M. (ad şərtidir) polisə müraciət edərək, 23 yaşlı Cəlilabad sakini E. D.nin onu zorladığını bildirib.

Qızın iddiasına görə, oğlan onu elə kirayədə yaşadığı evdə zorlayıb.

Polisə daxil olan şikayət əsasında araşdırma başlayıb.