649bb8e4316a8202306233652
Bakıda gecə saatlarında DƏHŞƏTLİ QƏZA: yük avtomobili 5 maşına çırpıldı (FOTO/VİDEO)

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Hadisə Ziya Bünyadov prospektində yol ötürücüsündə baş verib.

Belə ki, içərisində qoşqusunda dəmir boru daşıyan “KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan “Mercedes” və “Qazel” markalı yük maşınlarına çırpılıb. İdarəetmədən çıxan “KamAZ” tuneldə yol ayrıcı betona çırpılaraq əks yola çıxıb. Bu zaman “Toyota”, “Range Rover” və “Hyundai” markalı minik avtomobilləri yük maşınına çırpılıb. “KamAZ” beton divara dəyərək dayanıb. “Mercedes” markalı yük maşının sürücüsü Elnur İsgəndərov bildirib ki, “KamAZ”ın sürücüsü sükan arxasında yuxulayıb. Qəza nəticəsində “KamAZ”ın və “Qazel”in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Yolda təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tunelə giriş bağlanıb.

Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilib. Hazırda qəzaya uğramış ağır tonajlı maşınların evakuator vasitəsilə ərazidən uzaqlaşdırılması işləri aparılır.

***

Bakıda altı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Tuneldə hərəkət dayandırılıb. (apa)

28.06.2023 08:34
show 827