Cəmiyyət

Bakıda film kimi olay: Gizlənən ortağını tapmaq üçün onun arvadı ilə sevgili oldu və…

Bu cinayət işini klassik bir cümləlik lətifə ilə də başlaya bilərik:

“Biri hərbi xidmətdə olanda sevgilisinə o qədər məktub yazır ki, qız sonda poçtolyana aşiq olur”.

Dələduzluq edən bir şəxs dostunun qeyrətinə sığınır, ona borcu olduğundan dostundan, həm də keçmiş iş yoldaşı olan dostundan gizlənməyə başlayır, onu zərif yerindən istifadə etməyə çalışır.

Belə ki, dostu onu istədiyi vaxt tapa bilməsin deyə, ona deyir ki, telefonu yoxdur, onunla öz yoldaşının telefion nömrəsi ilə danışır. Beləcə yalnız özü yazanda cavab verməsini, özü zəng edəndə götürməsini istəyir, keçmiş iş yoldaşı digər vaxtlarda onu tapa bilməsin. Yoldaşının nömrəsi olduğuna görə fikirləşir ki, dostu yalnız özü yazanda onunla əlaqə saxlayar. Keçmiş iş yoldaşı isə onu xanımından o qədər maraqlanır, dərdini bölüşür ki, bir gün borc qalır kənarda, qadına aşiq olur. Qadın da buna qarşılıq verir… Dələduz bu söhbətdən xəbər tutanda iş-işdən keçir. Zabratda baş vermiş bu film kimi hadisəni təqdim edirik… Taleh Əzizov və Azər Abbasov dost olublar və birgə ev tikintisi biznesi qurublar. Onlar müxtəlif yerlərdə fərdi yaşayış evləri tikərək satıblar. Bu müddət ərzində Talehin Azərə xeyli miqdarda borcu yaranıb. Borc da, pul da elə şeydir ki, bəzən atanı-baladan ayırır, o da qaldı dostu… Bu münasibətin pozulmasına səbəb borcun miqdarı yox, Talehin yavaş-yavaçş borcdan yayınmaq istəyi olub. Azər hiss edib ki, Talehin borcu gecikdirməyində məqsəd imkanının olmaması deyil, həmin pulun arxasına keçmək istəyidir. Azərin bu qənaətini, çox keçməsib ki, Taleh əməli ilə sübuta yetirib. Beləki o, Azərdən yayına bilmək üçün yaşadığı mənzili dəyişib. Taleh yaşadığı mənzili dəyişdiyindən Azər onu tapmaqda çətinlik çəkib. Bu müddət ərzində Taleh Azərlə həyat yoldaşının telefonu ilə əlaqə saxlayıb. Guya ki, öz nömrəsi yoxdur, telefonunu satıb. Əslində isə Taleh bunu Azər tərəfindən əlçatan olmaması üçün edib. Yəni, Azər onun nömrəsini bilsə, təbii ki, tez-tez zəng edib pulunu tələb edəcək. Talehin arqumentləri, bəhanələri tükənəcək. Dələduzların isə ən böyük silahı zaman və bəhanədir. Onlar heç vaxt borcu qaytarmayacaqlarını demirlər. Onlar həmişə deyirlər ki, mütlkəq qaytaracam, bir az zaman ver, filan məsələ olacaq, həmin məsələ həyata keçən kimi borcunu artıqlaması ilə qaytaracam. Ancaq özləri də yaxşı bilir ki, qaytarmayacaqlar. Bizim cinayət işində də, Taleh keçmiş dostu ilə ona görə arvadının nömrəsi ilə danışırdı ki, vaxt qazansın. O, Azəri tanıdığından düşünürdü ki, o, birbaşa arvadına yazmaz. Lakin Talehin vaxt qazanmaq istəyirdi, arvadını itirdi. ÇÜnki Azər Talehin yerini soruşmaq, harda olduğunu öyrənmək üçün onun arvadına dəfəlrlə yazır, dərdini bölüşür… Onlar əvvəlcə həmdərd olurlar, onun arvadı da Azərin sözünü təsdiqləyir, Taleyin düzgün etmədiyini deyir. Beləcə onlar Azərin borcundan danışa-danışa gəlib bir çıxmaza girirlər. Hiss edirlər ki, onların artıq kişi-qadın kimi bir-birilərindən xoşu gəlir. Bu çıxmazdan isə nə Azər, nə də Talehin həyat yoldaşı çıxmağa cəhd edir. Elə gəldikləri kimi də davam edirlər, beləcə münasibətləri sevgiyə çevirilir.

Ətraflı videoda:

Related Articles

Leave a Reply

Back to top button