Bakıda faciə: yaşayış binasında lift qırıldı, 10 nəfər… – VİDEO
Bakıda Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftdə qəza baş verib.
Qlobal.net bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər məlumat verib.
Bildirilib ki, lift qırılarkən içərisində 10 nəfər olub.
Xəsarət alanlar var.
Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.