Bakıda ev almaq istəyənlər üçün MÜHÜM XƏBƏR
Ötən il daşınmaz əmlak bazarında bahalaşma müşahidə olundu.
Ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi və tikinti materiallarının kəskin qiymət artımı ilə əlaqələndirirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə "Xəzər Xəbər"ə
açıqlamasında bildirib ki, bu il əmlak bazarında 10%-ə qədər bahalaşma
ola bilər.
"Hesab edirəm ki, artım daha çox torpaq sahələrində və köhnə
tikililərdə müşahidə olunacaq. Satışa təklif olunan torpaqlar get-gedə
azalmaq üzrədir. Xüsusən də şəhərin mərkəzində çoxmərtəbəli binalar inşa
etmək üçün demək olar ki boş torpaq sahəsi yoxdur. Son vaxtlar
sahibkarlar daha çox ucuz torpaq almaq üçün Nərimanov, Nəsimi, Səbail,
Xətai rayonlarına meyl edirlər. Yeni tikililərdə ötən il orta qiymət
1500-1800 manat aralığındaydısa bu il həmin qiymət 2000-2500 manatadək
dəyişəcək".
Daha ətraflı videoda: