Bakı şəhərində atanın həyat yoldaşı və övladını təqib edərkən avtomobilin vurduğu uşaq həlak olub.
Görüntülərdə vurulan uşaq Balaxanı qəsəbə sakini, 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzadan əvvəl baş verən insidentlə bağlı əlavə araşdırmalar aparılır.
***
Bakıda ərinin şiddətindən qaçan ana və körpəsini maşın vurub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdən məlum olur ki, hadisə Bakının Balaxanı qəsəbəsində qeydə alınıb.
Həyat yoldaşını küçədə döyülən qadın körpəsiylə birlikdə qaçarkən onu maşın vurur.
Həmin görüntüləri təqdim edirik: