643f9948995ba202304233328
Bakıda əri ilə dalaşan qadın məktub yazıb YOXA ÇIXDI

Bakıda qadın itkin düşüb.

Qlobal.net lent.az-a istinadən bildirir ki, Nizami rayonu, NZS qəsəbəsi, Oqtay Vəliyev küçəsində yaşayan 32 yaşlı X. Şamilova evdən naməlum istiqamətdə çıxaraq, bir daha geri qayıtmayıb.

Məlum olub ki, qadınla əri arasında qısqanclıq zəminində mübahisə düşüb. Daha sonra X. Şamilova özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyi məzmunda məktub yazaraq, evdən çıxıb.

Bu barədə onun əri N. Şamilov polisə müraciətində bildirib.

Hazırda onun tapılması istiqamətində araşdırma aparılır.

19.04.2023 11:33
show 297