663d2ee26fb59202405241530
Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib.

Onların qidadan zəhərləndiyi bildirilsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məlumatı təkzib edib.

Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər. “Tibbi ekspertiza var, qaranlıq heç nə qalmayacaq, ictimaiyyətə hər şey açıqlanacaq. Kənan içkiyə meyilli uşaq olmayıb, siqaretdən də uzaq olub. Dostları da bu barədə informasiya verəcəklər, onlar bir yerdə olublar, nə baş verib deyəcəklər”, - zəhərlənmədən dünyasını dəyişən Kənan Mustafayevin əmisi deyib.

Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdiyi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Daha ətraflı Baku TV-nin süjetində:


10.05.2024 07:45
show 586