Bakıda dəhşətli qəzalar ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO

Paytaxt küçələrində piyadaların vurulduğu bir sıra yol qəza halları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yayımlanıb.
Qlobal.net xəbər verir ki, Mərkəz xəbərdarlıq edir ki, çox vaxt piyadaların diqqətsizliyi onların həyatına ciddi təhlükə yaradır. Piyadalar və sürücülər üçün əsas tövsiyə diqqətli və məsuliyyətli davranmaqdır.
Mərkəz bildirir ki, sürücülər üçün əsas təhlükə yüksək sürət, təhlükəli manevrlər və ara məsafəsinə riayət etməməkdir. Həmçinin, piyada keçidlərini nəzərə almamaq da qəzaların yaranmasına səbəb olur.
Eyni zamanda piyadalar da nizamlayıcının siqnallarına əməl etməli, keçidlərdən istifadə etməli və sürücülərin onlara yol verdiyinə əmin olmadan yolu keçməməlidirlər.
Mərkəzin müşahidə kameralarının təhlili göstərir ki, piyadaların vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında, lakin keçidlərdən kənarda baş verir. Qəzaların əsas səbəbi diqqətsizlik və məsuliyyətsizlikdir.
NİİM vurğulayır ki, yol qəzalarının qarşısını almaq üçün təsadüf və ya qismətə ümid etmək yox, diqqət və məsuliyyət önəmlidir. Həm sürücülər, həm də piyadalar yolları keçərkən hər an ehtiyatlı olmalıdır.



