651bef1731891202310233815
Bakıda DƏHŞƏTLİ OLAY: Yaşlı kişi məktəbli qıza təcavüz edib - VİDEO

Bakı şəhəri Xətai rayonunda yerləşən məktəblərin birinin yaxınlığında yaşlı kişi 10 yaşlı məktəbli qıza təcavüz edib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məktəbliyə təcavüz edən şəxsin saxlanıldığı deyilir.

İddialara görə, təcavüzə məruz qalan azyaşlı hazırda xəstəxanadadır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev hadisədən məlumatlı olduqlarını bildirib. Əlavə məlumat veriləcək. (baku.vs)


03.10.2023 14:36
1955