Bakıda qadın övladlığa götürdüyü 14 yaşlı qızdan imtina edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə
Ağazadə məlumat verib. Sədrin sözlərinə görə, qadın 14 il əvvəl
övladlığa götürdüyü qızla bacara bilmədiyini deyib:"Bu gün səhər saatlarında qızın analığı polis şöbəsinin əməkdaşları
ilə birlikdə sığınacağa müraciət edib və bildirib ki, övladlığa
qeyri-rəsmi bir uşaq götürüb, onu 14 il saxlayıb. Qadın artıq uşaqla
bacara bilmədiyini dedi, vurğuladı ki, qızı sığınacağa təhvil vermək
istəyir. Uşağın heç bir sənədi yoxdur. Bu da analığın
məsuliyyətsizliyindən irəli gələn məsələdir”.
Kəmalə Ağazadə həmin qadına Sosial Xidmətlər Agentliyinə və müvafiq icra hakimiyyətinə müraciət etməyi tövsiyyə edib:
"Qadının 68 yaşı var, yəqin ki, uşağı 54 yaşında götürüb. Bilmirəm qohumdan, ya tanımadığı şəxsdən götürüb, amma fakt odur ki, bu qadın qanun pozuntusu edib. İndi də uşaqla bacara bilmir. Bu yaşda uşaqdan imtina etmək nə deməkdir? Bir uşaqdan imtina etmək onun taleyi üçün təhlükədir. Bu boyda məsuliyyətsizlik olmaz”.