66790886c2c5f202406244750
Bakıda DƏHŞƏT YAŞANDI: 3 polis və bir mülki şəxs öldürüldü

Bakıda törədilən dəhşətli cinayətlə bağlı bəzi faktlar məlum olub. 

Lent.az xəbər verir ki, cinayətkar arvad-uşağını önə verərək onların arxasından polislərə atəş açıb. 

Nəticədə xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşı və bir mülki vətəndaş həlak olub.

Polis cinayətkarı zərərsizləşdirərək məhv edib.

***

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Qlobal.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

24.06.2024 09:45
show 289