22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
***
Bakının bir rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.
Qlobal.net bildirir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Son 3 gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.
Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.
1975-ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Bəhram oğlu
1980-ci il təvəllüdlü Həsənov Abbas Mirəsgər oğlu
1981-ci il təvəllüdlü Hacıyev Elçin Nəsib oğlu
1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə
1971-ci il təvəllüdlü Şəmmədov Yaşar Əkbər oğlu
1981-ci il təvəllüdlü Rüstəmov Qurban Həmidulla oğlu
1965-ci il təvəllüdlü Fərhadov Elbrus Nuruş oğlu
1984-cü il təvəllüdlü Qudzev Aleksey Valeriyeviç
1969-cu il təvəllüdlü Koleks Oleq Borisoviç
1980-ci il təvəllüdlü Şarop Aleksandr Vladimiroviç
1979-cu il təvəllüdlü Andrey Kasumov
Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dostun da spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.