6434f5398c3d7202304235049
Bakıda daha bir sürücüdən ağlasığmaz addım - ANBAAN VİDEO

Bakıda daha bir sürücü avtomobilini nəqliyyat vasitələrinin axını istiqamətində, amma geriyə idarə edib. 

Qlobal.net oxu.az-a istinadən bildirir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın "20 Yanvar" metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.

Sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. 

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində "Volkswagen Touareg" markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. 


11.04.2023 10:00
show 309