söküntü

Bakıda daha bir söküntü başladı: Hər kvadrat metrə... - FOTOLAR

Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır.

Qlobal.net milli.az-a istinadən xəbər verir ki, artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb.

Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır. 

Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər. 


02.12.2024 13:52
show 128