18.09.2021
20:36
337

Bakıda bu mənzillər UCUZLAŞIR - VİDEO

Loading...

Köhnə binalardakı mənzillərin qiyməti ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, son bir ildə daşınmaz əmlak bazarındakı qiymətlərdə 8,42 faiz artım var.

Son bir ay ərzində isə köhnə binalardakı mənillərin qiyməti 2,95 faiz azalıb.

Nüsrət İbrahimov bildirib ki, köhnə mənzillərin ucuzlaşmasına səbəb ipoteka kreditləşməsi ilə bağlı yaranan çətinliklərdir. Çünki banklar bu mənzillər üçün kredit ayırmır. Bu səbəbdən də köhnə mənzilləri satan çox olsa da, alıcı azdır.

Nüsrət İbrahimovun sözlərinə görə, qarşıdakı 1 ildə köhnə binalardakı mənzillərin qiymətində artım gözlənmir, hətta azalma da ola bilər. Lakin yeni mənzillərin bahalaşması qaçılmazdır.


Loading...