6453c58397157202305234731

Bakıda bu ərazilərdəki evlər PLANA DÜŞƏCƏK - Vətəndaş evindən öz xoşu ilə çıxmırsa...

Bakıda bütün köhnə binaların söküləcək və hər birinin yerində yeniləri tikiləcək. Bununla bağlı ötən ay Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib və artıq onların sökülməsi üçün vaxt gəlib çatıb – deyə o mətbuat konfansında qeyd edib.

Bəs binası sökülən vətəndaş evindən öz xoşu ilə çıxmırsa, onun hansı haqları var və köçürülmə prosesi necə baş verməlidir?

Bu barədə Referans.az-a danışan hüquqşünas Xəyal Bəşirov bildirib ki, evindən çıxmaq istəməyən vətəndaşı heçbir qurum evindən məcbur çıxara bilməz, lakin bəzi nüanslar mövcuddur:

“Azərbaycan hüquqi dövlətdir və hər bir ölkə vətəndaşının öz mülkiyyət hüququ var.Vətəndaşın mülkiyyət hüququ hər şeydən öncə ölkə konstitusiyası ilə qorunur və heçbir halda məhkəmə qərarı olmadan vətəndaş mülkiyyətindən məhrum edilə bilməz. İstər sovet dövründən qalma olsun, istərsədə hansı dövrdən qalmasından və köhnə tikili olmasından asılı olmayaraq əgər, vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədləri varsa və insanların həmin mülkiyyət hüququnun olması Azərbaycan Respublikası tərəfindən tanınırsa, həmin şəxslərin mülkiyyətinin qorunmasına dövlət tərəfindən təminat verilməlidir. Hətta evlər sökülsə belə və söküləcək də, bununla bağlı artıq qərar verilib. Bu zaman insanlar evlərindən çıxmaması təbii ki, onların hüququdur. Dövlət əhəmiyyətli layihələrin icrası zamanı, yolların, enerji xətlərinin və digər dövlət layihərinin həyata keçirilməsi zamanı insanların evlərinin sökülməsi və onlara kompensasiya ödənilməsi reallaşdırıla bilər. Digər hallarda şəxslərin evlərinin sökülməsi onların hüquqlarına zidd olaraq həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla insanların öz evlərindən məcburi qaydada çıxarılması qanuna ziddir. Bu zaman vətəndaşlar hüquqlarının bərpası və onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bununla bağlı qanun ilk öncə Azərbaycan Respublikasının konstitusiyasında öz əksini tapıb. Eyni zamanda Azərbaycan Respublikasının mülki məcəlləsində və digər qanunvericilik aktlarında da bu qanun öz əksini tapıb. Qaldı ki, söküləcək binalara bu dövlət əhəmiyyətli bir layihədir və sökülməsi nəzərdə tutulan binalarda yaşan vətəndaşlara çox yüksək şərtlərin təqdim olunacağını düşünürəm. Eyni zamanda paytaxtımızın da gözəl görünüşü üçün bu layihələrin reallaşdırılması vacibdir. Əgər vətəndaşın mənzili sökülürsə, həmin o mənzilin sökülməsi kim tərəfindən həyata keçirilirsə ona vətəndaşın razılığı ilə yanaşı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun kompensasiya ödənilməlidir və ya ərazidə yaşayış binaları tikilirsə, vətəndaşa tikilməkdə olan yaşayış binasından mənzillər təklif edilə bilər. Bu hal təbii ki, ev sahibinin seçiminə görə həyata keçirilir. Eyni zamanda bunu da qeyd edim ki, əgər razılaşma əldə olunubsa, yeni bina hazır olana qədər tikinti şirkəti köçürülən vətəndaşların kirayə haqqını da ödəməlidir”.


04.05.2023 18:46
show 1122