Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində “Bravo” supermarketində silahlı insident baş verib.
Qlobal.net xəbər verir ki, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.
Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.
***
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.
Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O, başından güllələnib.
Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.