67addb4356b05202502254507

Bakıda bir qrup məktəbli şagirdi vəhşicəsinə döydü - ANBAAN VİDEO

Bakıda şagirdin bir qrup məktəbli tərəfindən döyülməsi hadisəsi ilə bağlı araşdırmalara başalnılıb.

Qlobal.net xəbər verir ki, bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

"Bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır",-deyə DİN rəsmisi əlavə edib.

***

Bakıda orta məktəblərin birində şagird bullinqə məruz qalıb. 

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində baş verib.

Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.

Hadisənin təfərrüatı bilinmir.


13.02.2025 15:44
show 103