63496431b405d202210222921
Bakıda bir ailənin faciəsinə çevrilən dəhşətli qəzanın baş vermə anı - VİDEO

Oktyabrın 9-u axşam saatlarında Kürdəxanıda baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb.

Qlobal.net xəbər verir ki, baku.ws-in "qaynar xətt"inə daxil olan görüntülərdə "Chevrolet Malibu" markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan "Audi" və "Mitsubishi" markalı avtomobillərə çırpılma anı öz əksini tapıb.

Qəza zamanı avtomobilin yanında dayanmış "Mitsubishi"nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra mərhumun həyat yoldaşı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb.

Onun meyitini bacısı və qonşusu aşkar ediblər.


14.10.2022 17:28
show 800