Bakıda binadan atılan şəxs komendantın üstünə düşdü, hər ikisi öldü
Bakının Nizami rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, “Siyaqut” şadlıq sarayının yaxınlığında gənc oğlan özünü hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerə atıb.
Bu zaman o, həmin binadan çıxan komendantın üzərinə düşüb.
Nəticədə hər iki şəxs hadisə yerində ölüb.