Site icon Qlobal.Net

Bakıda bərbərin cavabsız sevgisi və amansız qətl…

WhatsApp Image 2025 10 23 at 10.16.40

29 aprel, 2015-ci ildə Bakıda dəhşətli hadisə törədilir.

Qlobal.net xatırladır ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən məktəblərin birinin 11-ci sinif şagirdi olan qız qətlə yetirilir.
Bu cinayətin törədilməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü oğlan saxlanılır. Məlum olur ki,  həmin oğlan qıza səkkiz bıçaq zərbəsi vurub, qız yerindəcə keçinib.

Oğlan ifadəsi zamanı məktəblini onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

O, hadisəni törətdikdən sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib.

Qətli törədən şəxs hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyirmiş.

Məktəblinin öldürülməsi 2015-ci ilin 11 fevralında Türkiyədə baş vermiş Özgəcan Aslan cinayətini xatırladıb. Hər iki cinayət qadınlara qarşı zorkalığının və şiddəti nümunəsi hesab olunur.

Fidan Məmmədli
Qlobal.net

Exit mobile version