20.05.2021
23:32
135

Bakıda avtomobil 63 yaşlı kişini vurdu

Loading...

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, “Nəsimi bazarı”nın yaxınlığında 1958-ci il təvəllüdlü Həsənov Əzizxan Soltan oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol biləyin sınığı diaqnozu qoyulub.

Loading...