Bakıda qadın iki uşağı ilə birgə itkin düşüb.
Qlobal.net xəbər verir ki, Sabunçu rayonu Südçülük sovxozunda yaşayan Novruzova Gülğəz Dursun qızı azyaşlı övladı Murad və Murazla evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Bu barədə onun əri A. Novruzov Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı həmin bölmədə axtarış işləri aparılır.